Dünya

Tomas Bax BOK prezidentliyinə yeganə namizəd olub

1 Dekabr 2020 16:07
Baxış: 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti postuna namizədliyin verilməsi müddəti başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qarşıdakı seçkilərdə yalnız bir namizəd olacaq.

Bu, qurumun hazırkı rəhbəri Tomas Baxdır. Almaniyalı prezident seçkilərində yeganə namizəd olacaq.

Yeni prezident səlahiyyətlərinin 4 illik müddəti iyulun 23-dən avqustun 8-dək keçiriləcək Tokio Yay Olimpiya Oyunlarından sonra başlayacaq. 

Qeyd edək ki, 66 yaşlı almaniyalı 2013-cü ildən qurumun başçısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.