İsveçrədə keçirilən referendumlarda mühüm təşəbbüslər dəstəklənməyib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 29-da İsveçrədə keçirilən növbəti referendumlarda əsas təşəbbüslər rədd edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, referendumda İsveçrə şirkətlərinin xaricdəki törəmə firmaları və ya onların istehsal zəncirinə daxil olan podratçı şirkətlərdə insan haqlarının pozulması və ətraf mühitə zərər vurulması hallarında İsveçrə qanunvericiliyi əsasında məsuliyyətə cəlb edilməsinə dair təşəbbüs əhali tərəfindən dəstəklənib (50,7 faiz lehinə). Lakin "konsern cavabdehliyi" adlanan bu təşəbbüs kanton nümayəndələrinin səs çoxluğu (23 səsdən 14,5-i lehinə) ilə ümumilikdə rədd edilib. Bu təşəbbüsə qarşı çıxanlar xarici şirkətlərin günahı ucbatından İsveçrə şirkətlərinin gələcəkdə cəzalandırıla və bu yolla da ölkə iqtisadiyyatına zərər vurula biləcəyini iddia edirlər.
"Hərbi materiallar istehsalçılarının maliyyələşdirilməsinin qadağan edilməsi" təşəbbüsü isə həm xalq tərəfindən (57,5 faiz əleyhinə), həm də kantonlar tərəfindən (19,5 səs əleyhinə) aydın şəkildə rədd edilib. Təşəbbüs müəllifləri dövlət təşkilatlarının, Milli Bankın və fondların hərbi materiallar istehsal edən şirkətlərə sərmayə yatırılmasının qadağan olunmasına nail olmaq istəyirdilər. "Ordusuz İsveçrə naminə" qrupu tərəfindən irəli sürülən və "müharibə biznesi" adlandırılan təşəbbüsün İsveçrənin özündə silah istehsalı ilə yanaşı həm silah, həm mülki istehsalat fəaliyyəti olan şirkətlərə yatırımları təhlükə altına alırdı. Təşəbbüs əleyhinə çıxanlar öz çıxışlarında gələcəkdə "Boeing", "Airbus", "Rolls Royce" kimi hər iki sektorda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq və sərmayə imkanlarının məhdudlaşacağını əsas göstərirdilər.
Qeyd edilməlidir ki, birbaşa demokratiyanın mühüm sütunlarından biri olan referendum İsveçrədə ölkə həyatının tərkib hissəsidir. İldə dörd dəfə (hər rüb üzrə bir dəfə) təşkil olunan referendumlarda təşəbbüs qrupları tərəfindən təklif olunan qanun layihələri sadə və ya mərhələli (xalq və kantonların səsverməsi) şəkildə səsverməyə çıxarılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Nepalda iki turist helikopteri toqquşdu
-
Kremlin saatı 10 gün işləməyəcək
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Alen Simonyan İrəvan meri olmaq istəyir - Avinyana rəqib çıxdı
XƏBƏR LENTİ
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
Bakı–Qazax yolunda məhdudiyyət olacaq: İki marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
-
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş - Yenilənib





