Avstriyanın dağ-xizək mərkəzlərində qış mövsümü epidemioloji vəziyyətin icazə verdiyi vaxtda start götürəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il Avstriyada dağ-xizək turizmində qış mövsümünə ənənəvi olaraq dekabr ayında start veriləcəyi və ya İtaliya, Almaniya və Fransanın tələb etdiyi kimi Avropa üzrə yanvar ayının sonuna kimi təxirə salınacağı gündəmin əsas mövzularındadır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın turizm sektoru üzrə məsul federal naziri Elizabet Köstinqer yeni mövsümə nə zaman start veriləcəyinə dair suallara aydınlıq gətirib. O bildirib ki, Avstriyanın dağ-xizək mərkəzlərində qış mövsümünə start barədə qərar digər dövlətlərin tələb etdiyi vaxtda deyil, epidemioloji vəziyyətin və ölkədə koronavirusa yoluxma tempinə uyğun olaraq veriləcəkdir. Müxtəlif Avropa ölkələrindən səsləndirilən tələb və çağırışların həlledici olmadığını diqqətə çatdıran nazir Avstriyanın daxili məsələsi olan bu mövzuda qərarı müstəqil verəcəyini də vurğulayıb. Ölkənin əsas dağ-xizək regionlarında həyata keçiriləcək kütləvi testlər, karantin qaydaları və həmçinin turizm mərkəzlərində həyata keçiriləcək tədbirlər qış mövsümünə tədricən start verilməsini mümkün edəcəkdir.
Nazirin sözlərinə görə, Avstriyanın turizm və qastronomiya sektorları qarşıdakı qış mövsümünə ciddi şəkildə hazırlaşıblar və dağlardakı kanatlarda ictimai nəqliyyatdakı qaydalar tətbiq olunacaqdər. Həmçinin qeyd edilib ki, ötən qış mövsümündə Avstriya dağ-xizək mərkəzlərindəki yoluxma halları xizək pistlərində deyil, axşamlar kafe, restoran və barlarda insanların sıxlığı nəticəsində baş vermişdi və məhz bu istiqamətdə məhdudiyyətlərə əməl ediləcəkdir.
Qeyd edilməlidir ki, Avstriya Avropadakı qış idmanı bazarının 70 faizinə nəzarət edir. Alp ölkəsində qış turizminin illik dövriyyəsi 13,3 milyard avroya bərabərdir və qışda Avropanın hər tərəfindən xizək həvəskarları bu ölkəyə üz tuturlar. Dağ-xizək mərkəzləri, otellər, qastronomiya obyektləri, nəqliyyat infrastruktur və digər sahələri özündə birləşdirən bu nəhəng sənayenin bu mövsüm fəaliyyət göstərməməsi Avstriya üçün ciddi maliyyə itkisi və işsizlər ordusu deməkdir. Ona görə də hökumət ən sərt məhdudiyyətlər altında da olsa, qış mövsümünün baş tutmasına çalışır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib





