Dünya

Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb

24 Noyabr 2020 09:22
Baxış: 649

Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 59 128 645 nəfərə çatıb. Onlardan 1 395 658 nəfəri ölüb, 37 849 172 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (12 414 292), Hindistanda (9 139 865 ) və Braziliyada (6 087 608) qeydə alınıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.