Dünya

Berlində nümayişlərdə 77 polis yaralandı

20 Noyabr 2020 10:06
Baxış: 652
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çərşənbə günü Almaniyanın paytaxtı Berlin şəhərinin mərkəzində koronavirusla bağlı tətbiq edilmiş mövcud karantin rejiminə qarşı keçirilən etiraz aksiyaları zamanı azı 77 polis əməkdaşı yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Berlin polisinin "Twitter" hesabında məlumat yerləşdirilib.

Bildirilib ki, ümumilikdə karantin rejimi əleyhinə 19 nümayiş keçirilib ki, asayişin qarunmasına 2.5 min hüquq-mühafizə orqanlarının əməkdaşı cəlb edilib. Bu günədək 365 etirazçının saxlanıldığı bildirilib. 

Qeyd edək ki, Almaniyada mövcud məhdudlaşdırıcı tədbirlər noyabrın 2-də etibarən qüvvəyə minib. Etirazçıların fikrincə, müvafiq qaydalar insanların əsas hüquq və azadlıqlarını məhdudlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.