Dünya

“Cəlal Arutyunyanla bağlı bizi aldadırlar” - Erməni deputat

2 Noyabr 2020 17:46
Baxış: 2 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın "Çiçəklənən Ermənistan" partiyasının millət vəkili Gevorg Petrosyan ölkəsinin rəhbərliyini həqiqətləri xalqdan gizləməkdə ittiham edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə öz Feysbuk hesabında yazan erməni deputat Qarabağdakı qondarma rejimin "müdafiə ordusunun komandanı", general Cəlal Arutyunyanın taleyi ilə bağlı məntiqi suallar verib.

"Rəsmi açıqlamada Cəlal Arutyunyanın aldığı xəsarətin ciddi olmadığı və tez bir zamanda xidmətə geri dönəcəyi bildirilib. Əgər belədirsə, niyə dərhal vəzifəsindən azad edildi? Nəsə başqa şey var, həqiqət yenə dəfn olunub. Xalq reallıqdan təcrid olunub", - Petrosyan qeyd edib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi əməliyyat nəticəsində Calal Arutyunyanın xidməti avtomobili müəyyən edilərək izlənilmiş, C.Arutyunyanın xidməti avtomobildə olduğu dəqiqləşdirildikdən sonra onun avtomobili operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilərək məhv edilmişdi.

Amma Ermənistan rəhbərliyi həmişəki kimi, bu faktı təsdiqləmir, xalqını aldatmaqda davam edir. Buna görə də Ermənistan daxilində vəziyyət daha da gərginləşir, vətəndaşları narahat edən sualların sayı çoxalır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.