Dünya

İtaliyada bir sutkada koronavirusa 31 mindən çox insan yoluxub

31 Oktyabr 2020 07:45
Baxış: 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusa 31 084 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 647 674 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusla əlaqədar rekord sayda - 215 mindən artıq test aparılıb.

Məlumata əsasən, İtaliyada hazırkı dövrədək koronavirusa yoluxanlardan 283 567 nəfər sağalıb, 38 321 nəfər isə vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.