Dünyanın ən zəngin on milyarderi bir gündə 14 mlrd. dollardan çox itirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün dünyanın ən zəngin on adamının ümumi sərvəti 14,4 mlrd. ABŞ dolları azalıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bazar ertəsi aparılan ticarətin nəticələrinə əsasən, BBI reytinqinin ilk onluğunda yer alan milyarderlərdən yalnız ikisi sərvətini artıra bilib. Belə ki, reytinqin dördüncü sırasında qərarlaşan "Tesla2" və "SpaceX"in təsisçisi Elon Maskın sərvəti 2,88 mlrd. dollar, reytinqin lideri, "Amazon" şirkətinin təsisçisi Ceff Bezos isə sərvətini 263 mln. dollar artırıb.
Eyni zamanda, "Forbes" jurnalının məlumatına görə, dünyanın ən zəngin on adamının ümumi sərvəti bir gündə 17 mlrd. dollardan çox azalıb. Jurnal bildirir ki, reytinqin ilk onluğuna daxil milyarderlərdən yalnız Ceff Bezosun kapitalı azalmayıb. Elon Mask isə son bir gündə 66 mln. dollar itirib.
Dünya milyarderlərinin ilk onluğunda əsasən amerikalılar yer alıb və yalnız iki nəfər digər ölkələrdən olan milyarderlərdir - Hindistandan "Reliance Industries"in sahibi Mukeş Ambani və Fransa vətəndaşı olan "Louis Vuitton Moët Hennessy"nin prezidenti Bernar Arno.
Milyarderlərin sərvətinin azalması ABŞ fond bazarlarında ötən gün satışların böyük həcmi ilə izah etmək olar. Ötən gün "Dow Jones" indeksi 2,3% azalıb ki, bu da sentyabrın 3-dən ən böyük azalmadır. "S&P 500" indeksi isə son bir ayda ən böyük azalmanı yaşayıb - 1,9%. "Nasdaq" 1,6% azalıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
-
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
-
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
-
Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
-
Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
GEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var





