Dünya

İranlı komandan Laçın dəhlizi ilə maraqlanıb - FOTO

22 Oktyabr 2020 09:59
Baxış: 22 602

İranın quru qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydəri dünən Qarabağla həmsərhəd olan Xudafərin vilayətinə səfər edib.

Milli.Az bildirir ki, İranın rəsmi informasiya agentliklərinin yaydıqları məlumatlara görə, K.Heydəri Qarabağın cənubunda gedən döyüş əməliyyatlarını uzaqdan müşahidə edib, situasiyanı iranlı generallarla müzakirə edib.

Maraqlı məqam odur ki, yayılmış fotolarda K.Heydərinin iranlı generallarla birlikdə Azərbaycanın xəritəsinə, xüsusilə də Laçın şəhərini və Dağlıq Qarabağla Ermənistanı birləşdirən "Laçın dəhlizi"nə diqqətlə baxdıqları görünür.

"Laçın dəhlizi" Xankəndi-Gorus-İrəvan avtomobil yoludur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.