Dünya

Ərdoğan və Trüdo Dağlıq Qarabağı müzakirə ediblər

17 Oktyabr 2020 09:46
Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Castin Trüdou ilə telefon danışığı aparıb, görüş zamanı Dağlıq Qarabağ problemi müzakirə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi​​ bildirib.

Türkiyə prezidenti xatırladıb ki, Azərbaycan-Ermənistan münaqişəsinin səbəbi Dağlıq Qarabağın 30 ilə yaxındır Ermənistanın işğalı altında olmasıdır.

Ərdoğan vurğulayıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, öz ərazisində əks-hücum əməliyyatı keçirir.

Məlumata əsasən, Ərdoğan və Trüdo ikitərəfli ticarətin artırılması və müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığında problemlərin aradan qaldırılması istiqamətində addımları müzakirə ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.