Çinin daha bir şəhərində sakinlər kütləvi qaydada COVID-19 testindən keçirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinin Şandun vilayətinin Çindao şəhərində sakinlərin kütləvi qaydada yeni növ koronavirus (COVID-19) testindən keçirilməsinə başlanılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb son günlər şəhərdə bir neçə sakinin COVID-19 infeksiyasına yoluxmasıdır. Bildirilir ki, yoluxma zəncirinin başlanğıcı xaricdən yoluxmuş vəziyyətdə Çinə gələnlərin müalicə olunduğu xəstəxanadır. Hökumət yoluxma zəncirinin müəyyən edilməsi üçün 9 milyon əhalisi olan şəhər sakinlərinin testdən keçirilməsinə qərar verib. Test prosesinin 5 gün ərzində başa çatması nəzərdə tutulub. İlkin mərhələdə 115 minə yaxın tibb işçisi və şəhər xəstəxanalarında müxtəlif xəstəliklərdən müalicə alanlar testdən keçib və nəticələr neqativ olub. Amma test prosesinin gedişində daha 6 nəfərin yoluxduğu aşkarlanıb.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi kütləvi test prosesinin təşkili üçün Çindaoya xüsusi işçi qrupu ezam edib.
Səlahiyyətli qurumları narahat edən məqam isə yeni yoluxma hallarının Ay festivalı və Çin Xalq Respublikasının yaranmasının ildönümü münasibətilə ölkədə elan olunmuş 8 günlük bayram tətilindən sonraya təsadüf etməsidir. Belə ki, "Qızıl həftə" adlanan həmin günlərdə Çində yüz milyonlarla turist səfəri qeydə alınıb. Kurort şəhəri olan Çindao isə həmin günlərdə 4,47 milyon turist qəbul edib. Bu fakt virusun bütün ölkəyə yayılma ehtimalını çoxaldıb. Elə ona görə də bəzi şəhərlərdə sentyabrın 23-dən sonra Çindaoya səfər etmiş şəxslər də testdən keçirilir.
Qeyd edək ki, Çində pandemiya dövründə əhalinin kütləvi testdən keçirilməsi ənənəsi yaranıb. Bundan əvvəl isə Uxan, Pekin, Dalyan, Urumçi və Honkonq şəhərlərində kütləvi test həyata keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
XƏBƏR LENTİ
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi
-
Bu gün 124 mindən çox uşaq birinci sinfə gedir - Nazir
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)





