Dünya

Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb

24 Sentyabr 2020 07:45
Baxış: 413

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 32 milyon nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə pandemiyanın statistikasını aparan "Worldometer" saytı bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 32 milyon 110 nəfərə çatıb. Onlardan 978 985 nəfəri ölüb, 23 556 281 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (7 119 713), Hindistanda (5 727 750) və Braziliyada (4 602 241) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.