Dünya

5 uşaq atası hamilə arvadının qarnını yardı - Dəhşətə gətirən səbəb

21 Sentyabr 2020 14:34
Baxış: 4 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda ağlasığmaz olay yaşanıb.

Milli.Az BBC türkçe-yə istinadla xəbər verir ki, Uttar Pradeş əyalətində yaşayan kişi hamilə arvadının qarnını yarıb.

İddialara görə, 5 qız övladı olan Pannalal adlı şəxs doğulacaq körpəsinin cinsiyyətini öyrənmək üçün bu vəhşiliyə əl atıb.

NDTV-yə açıqlama verən Pravin Singh Chauhan adlı polis bildirib ki, Budaun qəsəbəsində yaşayan 35 yaşlı qadının vəziyyəti ağırdır. O, yeddi aylıq hamilə olub.

Qeyd edək ki, araşdırmalara görə, Hindistan qız uşaqlarının doğulmadan məhv edildiyi ölkələr arasında ilk sıralardadır.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.