Güzəl Abdiyevanın dramı: ərini bölmədə işgəncə ilə öldürən polislərə əfv diləyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özbəkistanda əri polislər tərəfindən işgəncə ilə öldürülən gənc qadın indi məhkəmədə həmin polislərin əfv olunmasını xahiş edir.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Güzəl Abdiyevanın dramı haqda "Azadlıq" radiosunun özbək xidməti bəhs edir.
Güzəl Abdiyevanın əri, 32 yaşlı Yusuf Abdurəhmanov Özbəkistanın Çirakçi rayon polis bölməsində məruz qaldığı işgəncələrdən ölüb. Bu iş üzrə polis bölməsinin iki əməkdaşı-Nurbek Ovlayev və Ənvər Conkobilov həbs olunub. Güzəl Abdiyeva isə sentyabrın 16-da keçirilən məhkəmə prosesində onların azad edilməsini xahiş edib.
"Mən indi ancaq onların uşaqları barədə düşünürəm. Onların da arvadları var. Mən bu haqda düşünürəm. Səkkiz aydır mən acı göz yaşı tökürəm. Mən bilirəm nə çəkmişəm. Ona görə də yaşadıqlarımı heç düşmənə də arzulamıram. Mən bilirəm indi onların uşaqları nə soruşur: "hanı mənim atam, hanı mənim atam". Mənim uşaqlarım atalarını itiriblər. Onların ata sevgisinə ehtiyacı var. Onların uşaqları da ata gözləyir. İndi onların anaları əzab çəkir. Allah var, qoy Allah cəzalandırsın. Bizim prezidentimiz nə qədər adamları əfv edir. Doğrudanmı mən bu iki adamın əfv olunmasını xahiş edə bilmərəm?" - qadın məhkəmədə deyib.
Güzəl məhkəmədən ittiham olunanların azadlığa buraxılması barədə qərar çıxarmağı xahiş edib, bildirib ki, onlar hətta 50 il azadlıqdan məhrum edilsələr də əri dirilməyəcək.
Abdurəhmanovun qohumları isə məhkəmədə verdikləri ifadədə deyiblər ki, polislər onu bütün sümükləri sınana qədər xüsusi amansızlıqla döyüblər. "Biz meyiti yuyanda mərhumun sümükləri xışıldayırdı, çünki döyülməkdən salamat sümüyü qalmamışdı. Heç eşşəyi də belə döyməzlər",-qohumlardan Şadmon Abdurahmanov bildirib.
İş üzrə məhkəmə Qaşqadərya vilayət məhkəməsində keçirilir. Yusuf Abdurəhmanov 2020-ci ilin yanvarında Qaşqadərya vilayətinin Çirakçı rayon polis bölməsinin əməkdaşları tərəfindən mal-qara oğurluğu şübhəsi ilə saxlanılıb. Ertəsi gün o, polis bölməsində işgəncələrdən ölüb. Analoji hadisə bu ilin iyun ayında Əndicanda da baş vermişdi və orada 32 yaşlı kişi polisdə döyülərək öldürülmüşdü.
Özbəkistan prezidenti Şövkət Mirziyayev həmin vaxt selektor müşavirəsi zamanı Əndican polisindəki işgəncələrə görə Daxili İşlər Nazirliyinin rəhbərliyini ittiham edib. "Nəyə görə prokurorlar, əməlyyat-axtarış işlərinə və cinayətlərin açılmasına nəzarət edənlər, DİN rəhbərliyi öz günahını etiraf etmir? Nəyə görə siz xalqdan üzr istəmirsiniz və işgəncələr tətbiq edən əməkdaşlarınıza görə cavabdeh olduğunuzu, onlara insanlarla qanun çərçivəsində davranmağı öyrədə bilmədiyinizi etiraf etmirsiniz? Təəsüf ki, sizin bivecliyiniz və savadsızlığınız bizim islahatlarımızı gözdən salır", - Mirziyayev deyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
25 yaşlı türk futbolçu vəfat etdi - (Foto)
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)





