Sentyabrın 21-dən bu ölkədə yeni məhdudiyyətlər qüvvəyə minəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Avstriya hökuməti bir sıra yeni məhdudiyyətlərin tətbiqi barədə qərar qəbul edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 21-dən etibarən ölkə üzrə qapalı məkanlarda keçirilən bütün fərdi görüş və yığıncaqlarda iştirakçı sayı 10 nəfərlə məhdudlaşdırılır. Qeyd edilib ki, fərdi mənzillərdə olan yığıncaqlarla bağlı bu qərar yalnız tövsiyə xarakteri daşıyır. Bu məsələdə əhalinin fərdi məsuliyyət hissi önəmli rol oynayır.
Qastronomiya obyektlərinə daxil olan müştərilər onlar üçün ayrılmış masayadək maska taxmalı və öz masalarından kənarda heç nə sifariş etməməlidirlər. Eləcə də bir masa ətrafında əyləşən müştərilərin sayı 10 nəfərdən artıq ola bilməz.
Gələn həftədən etibarən açıq havada təşkil ediləcək bazar və yarmarkalarda da maskadan istifadə məcburi olacaqdır.
Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober mətbuat konfransında bildirib ki, bu qaydaların tətbiqi ilə hökumət gündəlik yoluxma hallarının sayını 650-660 olmaqla üfüqi xəttə salmağa çalışır. Yoluxma hallarının artımı ilə yanaşı, xəstəxanalarda müalicə alan pasiyentlərin sayı da artaraq 319-a çatıb. Paytaxt Vyana şəhərinin bir sıra ölkələr (İsveçrə, Almaniya, Belçika və Danimarka) tərəfindən yüksək riskli zona elan edilməsi yoluxma vəziyyətinin ciddi olduğunu göstərməklə, turizm şəhəri olan Vyananın imicinə də mənfi təsir edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq





