Daimler şirkəti ABŞ-a 1,5 milyard dollar cərimə ödəyəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobil istehsalçısı Daimler AG və filial şirkət Mercedes-Benz USA emissiya fırıldaqçılığı iddialarının aradan qaldırıması üçün ABŞ hökuməti və Kaliforniya ştatının tənzimləyicilərinə 1,5 milyard dollar məbləğində cərimə ödəməyə razılıq verib. Bu barədə ABŞ rəmilər bazar ertəsi məlumat verib.
ABŞ Ədliyyə Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və Kaliforniya Baş Prokurorluğu Daimler-in emissiya sınaqlarını aşmaq üçün "proqram təminatından" istifadə etməklə ətraf mühit qanunlarını pozub. Şirkət ABŞ-da bu cür proqramla təhciz edilmiş dizel mühərrikli təqribən 250.000 avtomobil və mikroavtobusu sataraq federal və ştat qanunlarını pozub.
Rəsmilər razılaşmaya həmçinin mülki cərimələrin, eləcə də Daimler-dən avtomobilləri təmir edilməsi tələbinin də daxil edildiyini bildirir.
Baş ofisi Ştutqartda yerləşən Almaniya istehsalçı 13 avqust tarixində Ədliyyə Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Agentliyi, Gömrük və Sərhəd Mühafizəsi, Kaliforniya Hava Resursları Şurası və digərləri ilə təxminən 250.000 dizel avtomobil və mikroavtobusu əhatə edən mülki və ətraf mühit iddiaları ilə bağlı müqavilələr imzaladığını bildirib.
Bununla birlikdə Ətraf Mühitin Mühafizəsi Agentliyinin administratoru Endrü Veler Daimler-in "emissiya nəzarətini aşmaq üçün hazırlanmış cihazlar" da daxil olduğu bütün proqramlarını açıqlamadığını bildirib.
Digər tərəfdən isə Daimler verdiyi açıqlamada fırıldaqçılıqla bağlı iddalarla razılaşmadığını və ABŞ-da heç bir məsuliyyət qəbul etmədiyini bildirir. Şirkət Mercedes və Daimler-ə məxsus avtomobillərdə bu kimi cihazlardan istifadə olunduğu müəyyən edilmədən mülki iddialarla bağlı prosedurla həll edildiyini bildirir. Üstəlik şirkət Ətraf Mühitin Mühafizəsi Agentliyi və ya Kaliforniya tənzimləyiciləri tərəfindən Təmiz Hava Qanununun pozulması barədə bir bildiriş almadığını deyir.
Daimler ABŞ-dakı avtomobillərdəki emissiyalara nəzarət sisteminin fərqli tənzimləmə və hüquqi tələblər səbəbindən Avropada satılan modellərdən fərqli olduğunu bildirir.
Şirkət razılaşmanın 1,5 milayrd dollara başa gələcəyini bildirir. Lakin məsələ mülki yolla həll olunarsa, şirkət 875 milyon dollar birdəfəlik ödəniş etməlidir.
ABŞ Baş prokurorunun müavini Ceffri Rozen bildirib ki, razılaşmada nəzərdə tutulmuş maliyyənin məbləği güman ki, digər şirkətlərə oxşar davranışlardan çəkinmək üçün bir mesaj göndərəcək.
"Bu ödənişin gələcəkdə ölkəmizdə havanın çirklənməsinə dair qanunları pozmağa meylli olanların qarşısını almağa da xidmət edəcəyini gözləyirik" - deyə Rozen əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü





