Dünya

Hindistanda koronavirusdan ölənlərin sayı 80 mini keçib

15 Sentyabr 2020 13:29
Baxış: 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 80 mini keçib.

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, son sutkada ölkədə koronavirusdan 1054 ölüm halı qeydə alınıb ki, bununla da Hindistanda koronavirusdan ölənlərin ümumi sayı 80776-a çatıb. 
Son 24 saatda Hindistanda 83809 yeni yoluxma qeydə alınıb. Ölkədə indiyədək virusa yoluxanların sayı 4.93 milyonu keçib.

Con Hopkins Universitetinin məlumatına görə, bu ölkədə sağalma faizi 77.8 %-dir və indiyə qədər ölkədə 3.8 milyon şəxs xəstəlikdən sağalıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.