Dünya

Avropa Komissiyası 2030-cu ilədək...

13 Sentyabr 2020 07:29
Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyası 2030-cu ilə qədər karbon emissiyalarını 1990-cı ilin səviyyəsindən ən azı 55 faiz azaltmaq üçün Emissiyalar Ticarət Sisteminin genişləndirilməsini nəzərdən keçirəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırkı hədəf emissiyaları 40 faiz nisbətində azaltmaqdır. Sərt iqlim hədəfi təsdiqlənərsə, 27 üzv dövlət qanuni çərçivədə daha məcbur addımlar atacaq və bütün sektorlar əhatə olunacaq. Belə ki, avtomobil istehsalçıları tullantıları kəskin şəkildə azaltmaq məcburiyyətində qalacaq və böyük sənaye müəssisələri karbon çirkliliyinə görə daha çox vəsait ödəməli olacaq. Bundan əlavə, fosil yanacaqla bağlı subsidiyaları ləğv ediləcək və bəlkə də çirkli yanacaqlara qoyulan investisiyaların qarşısını alacaq.

Hazırda kommunal xidmətlər və istehsalçılara məxsus təxminən 12 min sənaye obyektində çirklənmə həddini müəyyən edən Emissiya Ticarət Sisteminin planlaşdırılmış genişləndirilməsi sayəsində bina və avtomobil nəqliyyatı əhatə edilə bilər. Avropa İttifaqı (Aİ), həmçinin bu proqram çərçivəsində emissiya limitini sərtləşdirməyi, hava yollarına daha sərt çirklənmə standartlarını tətbiq etməyi və dəniz sektorundakı emissiyaları ilk dəfə tənzimləməyi planlaşdırır.

Avropa Komissiyasının sentyabrın 16-da yayımlanacaq sənədində 2030-cu il üçün Aİ-nin iqlimlə bağlı hədəflərinin genişləndirilməsi, eyni zamanda, lazımi uzunmüddətli karbon qiymət siqnalını yaratmaq və daha çox dekarbonlaşdırmaya nail olmaq üçün Avropa İttifaqının Emissiyalarının Ticarət Sisteminin gücləndirilmiş məqsədinə çatmağı nəzərdə tutur.

Yeni iqlim hədəfi istixana qazlarının həcminin azaldılması və atmosferdən kənarlaşdırılması üçün tərtib olunub. Avropanın 2050-ci ilə qədər iqlim neytrallığını çatmaq üçün hərtərəfli strategiyası olan "Yaşıl müqavilə"nin qüvvəyə minməsi sayəsində karbon bazarındakı çirklənmə icazələrinin qiyməti bu ilin əvvəlində rekord səviyyələrə yüksəlib. Dekabr ayı üçün göstəricilər son 3 ildə dördqat artaraq 28 avro civarında olub. Məhdudlaşdırma və ticarət proqramı hazırda Avropada karbon emissiyalarının 40 faizdən çoxunu əhatə edir.

Aİ, həmçinin bəzi şirkətlərin daha mülayim iqlim siyasətinə malik bölgələrə köçmələrinin qarşısını almaq üçün aldığı pulsuz müavinətlərin sayında daha sərt məhdudiyyətləri də araşdıracaq.

Avropa Komissiyası Emissiyalar Ticarət Sisteminin 2021-ci ilin ortalarında tam olaraq necə yenidən işlənəcəyinə dair qanun təklif etməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.