Dünya

Bunu da etdilər - Millinin futbolçuları qaldıqları otelə qız gətirdilər - FOTO

7 Sentyabr 2020 18:01
Baxış: 5 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin futbol millisinin Danimarka maçtı üçün hazırlıqlarını davam etdirdikləri oteldə ilginc olay yaşanıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus tədbirlərinə məhəl qoymadan ora gizlicə qadın gətirən İngiltərə millisinin üzvləri Mason Qreenudd və Phil Foden heyətdən kənarlaşdırılaraq İngiltərəyə göndəriliblər.

İki gənc oyunçunun qaldıqları otel otağına iki qadın gətirərək səhərədək əyləniblər. Hadisə otelə gələn gənc qadınların sosial şəbəkə hesablarından etdikləri video paylaşımı ilə ortaya çıxıb.

Buna kimi Kyle Walker, Callum Hudson-Odoi və Harry Maguire-nin adları da müxtəlif qalmaqallarda hallanır. Onlardan başqa, İngiltərə mətbuatında bəzi adları açıqlanmayan futbolçuların karantin qaydalarını pozduqları və təcavüzdə günahlandırıldıqları haqda məlumatlar əks olunub.
Bu da həmin kadrlar:

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.