Dünya

Gürcüstanda mikroavtobus uçurumdan aşıb,17 ölü

23 Avqust 2020 23:27
Baxış: 1 065
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanın Mtsxeta-Mtianeti regionunun Duşeti bələdiyyəsi ərazisində avtomobil qəzası baş verib. Turistləri daşıyan mikroavtobus Biso kəndi ərazisində 80 metr yüksəlikdən dərəyə yuvarlanıb. Nəticədə ən azı 17 nəfər həyatını itirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mikroavtobus yüksək dağlıq ərazidə yerləşən Şatili kəndinə gedirmiş.

Hadisə yerinə gələn xilasedicilər 3 nəfəri sağ çıxara biliblər. Yaralılar Tbilisidəki xəstəxanalara gətiriliblər. Avtobusda olan digər şəxslərin axtarışları davam edir.

Qeyd edək ki, Şatili kəndi Gürcüstanın şimal-şərqində Xevsureti vilayətində yerləşir.

Orta əsrlərə aid qədim tarixi qala və digər abidələrlə zəngin olan bu bölgəyə qışda getmək mümkün olmur. Yolları kəskin dağ yamaclarından keçən kəndə yalnız yay mövsümündə çoxlu sayda turist gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.