Dünya

BMT-dən bədbin PROQNOZ: Dünyanı dəhşətli aclıq gözləyir

22 Avqust 2020 20:47
Baxış: 3 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyasının nəticələri dünyanı dəhştəli aclığa sürükləyə bilər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, belə bir qorxulu proqnoz Ümumdünya Ərzaq Proqramının (ÜƏP-BMT sisteminə daxildir) rəhbəri Devid Bisli tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, pandemiyanın nəticələrinin yumşaldılması məqsədilə humanitar fəaliyyətin aparılması üçün təşkilata qarşıdan gələn yarım il ərzində ən az 5 milyard dollar pul lazımdır.

"Əlimizdə olan məlumatlar, o cümlədən dünya əhalisində ərzağa ehtiyac duyan insanların 80% artması (140 milyondan 270 milyona qədər) bizə əsl fəlakətin qarşıda olduğunu bildirir. Biz indi əsl qiyamət ssenarisi iə üz üzə qalmaq riski ilə üzləşmişik", - deyə D.Bisli qeyd edib.

ÜƏP rəhbəri başçılıq etdiyi təşkilatın hazırda əsas vəzifəsinin 2020-ci ildə 138 milyon insana ərzaq yardımı götürməkdən ibarət olduğunu söyləyib. Bunun üçün isə yaxın 6 ay içində 4,9 milyard dollar lazımdır. "Bu məbləğ bizə 83 ölkədə humanitar fəaliyyət göstərə biləcəyimizə kömək edəcək", - deyə o bildirib.

Məlum olduğu kimi, hazırda koronavirusa pandemiyasından ölənlərin sayı artıq 800 mini keçib. Ümimilikdə isə dünyada 23 milyon 120 mindən çox insan infeksiyaya yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.