Dünya

Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri ötüb

14 Avqust 2020 23:10
Baxış: 885

Dünyada 21 010 700 nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, koronavirusa yoluxanlardan 13 047 560 nəfəri sağalıb, 761 260 nəfəri isə ölüb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (5 280 315), Braziliyada (3 224 876) və Hindistanda (2 461 190) qeydə alınıb.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.