Dünya

Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub

9 Avqust 2020 15:38
Baxış: 2 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusda prezident seçkiləri baş tutub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Lidiya Yermoşina bildirib.

MSK sədri deyib ki, artıq seçicilərin 54 faizi səsvermədə iştirak edib.

Qanunvericiliyə əsasən, seçicilərin 50 faizindən çoxu səs verdikdə seçkilər baş tutulmuş sayılır. Prezident seçilmək üçün isə səslərin 50 faizindən çoxunu almaq lazımdır.

Qeyd edək ki, bu gün Belarusda prezident seçkiləri keçirilir. Prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, "Düzünü Danış" Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.