Dünya

Son 5 gündə Hindistanda koronavirusa yoluxanların gündəlik sayı 50 mini ötür

3 Avqust 2020 23:10
Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda ötən sutka yeni növ koronavirusa (COVID-19) 52 min 972 yoluxma qeydə alınıb. Ölkə üzrə ümumi yoluxma sayı 1,8 milyonu ötüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 5 gündə ölkədə gündəlik yoluxma sayı 50 mindən çox olub. Ötən gün Hindistan gündəlik yoluxma hallarının sayına görə ABŞ-ı da qabaqlayıb.

Nazirlik COVID-19 virusuna yoluxmuş 771 nəfərin ötən gün öldüyünü, bununla da ölkədə koronavirus qurbanlarının sayının 38 min 135-ə çatdığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.