Dünya

ÜST pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimini uzadıb

1 Avqust 2020 23:18
Baxış: 1 475

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti üç ay müddətinə uzadıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ÜST-nin fövqəldə vəziyyət üzrə Komitəsi ötən gün Cenevrədə keçirilən iclasın yekunları üzrə bəyan edib.

Bildirilir ki, Komitə föqəladə vəziyyət rejiminin uzadılması üzrə tövsiyəsini ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusa təqdim edib və o, bununla razılaşıb.

Qeyd edilir ki, bununla əlaqədar ÜST-nin baş direktorunun qərarı ilə üç ay müddətində komitənin yenidən iclası baş tutacaq.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.