Dünya

FİFA prezidentinə cinayət işi açılıb

30 İyul 2020 19:37
Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrədə FİFA prezidenti Canni İnfantinoya qarşı cinayət işi açılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o, federal prokurorluq əməkdaşlarını səlahiyyətlərindən sui-istifadəyə təhrik etməkdə ittiham olunur.

FİFA prezidenti ilə yanaşı, Yuxarı Valenin baş prokuroru Rinaldo Arnolda qarşı da istintaq başlanıb.

İddia olunur ki, İnfantino və Arnold gizli görüşlərdə iştirak edib. Məhz bunlardan sonra İsveçrənin baş prokuroru Maykl Lauber vəzifəsindən azad olunub.

Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralında FİFA-nın Növbədənkənar Konqresində prezident seçilib. O, bu postda çoxsaylı korrupsiya əməllərində ittiham olunan Yozef Blatteri əvəzləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.