Dünya

Ermənistanın hərbi təxribatlarına etiraz olaraq Vyana şəhərində aksiya keçirilib - VİDEO

18 İyul 2020 20:08
Baxış: 1 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın hərbi təxribatlarına etiraz olaraq bu dəqiqələrdə Avstriyanın Vyana şəhərində böyük aksiya keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Azeri-DER" Kültür və İş Adamları Dərnəyinin təşkilatşılığı ilə Vyana operasının önündə baş tutan etiraz aksiyasında Azərbaycan və türk diasporunun təmsilçiləri, tanınmış iş adamları, bu ölkədə təhsil alan tələbələrimiz iştirak edirlər. Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, alman və ingilis dillərində yazılmış "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycanındır!" şüarları tutan mitinq iştirakçıları Azərbaycanın dövlət himnini ifa ediblər.

"Azeri-DER"in rəhbəri Yardım Günəş çıxış edərək bildirib ki, Azərbaycanın əzəli torpaqlarını işğal etmiş Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.