Dünya

Yeni doğulan qızını görməyə gedən ata QƏZADA ÖLDÜ - VİDEO

13 İyul 2020 17:19
Baxış: 4 065
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Adana şəhərində yeni doğulan körpəsini və həyat yoldaşını görməyə gedən 28 yaşlı Mustafa Kaya idarə etdiyi motosikletin sərnişin avtobusuna çırpılması nəticəsində faciəvi şəkildə can verib.

Milli.Az Sondakika.com-a istinadən xəbər verir ki, qəza anı avtobusun kamerası tərəfindən anbaan qeydə alınıb. Telefonda dünyaya gələn qız övladının olduğunu öyrənən Kaya onu görmədən dünyasını dəyişib. Ətrafdakı vətəndaşlar tərəfindən, o, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Bu da qəzanın görüntüləri:

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.