Dünya

İlon Mask "Tesla"nın idarə heyətindən uzaqlaşdırıla bilər

1 İyul 2020 21:20
Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Pensions & Investment Research Consultants" şirkəti "Tesla" şirkətinin investorlarına təsisçi və icraçı direktor İlon Maskı idarə heyətindən uzaqlaşdırmağı tövsiyə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb İ.Maskın son bir neçə il ərzində bonus sazişləri imzalamaqla şirkətin hesabına zənginləşməsi olub.

Qeyd olunur ki, son üç ildə "Tesla"nın təsisçisinin imzaladığı razılaşmalar ona 55,8 milyard dollar qazanc gətirib. Müəssisənin fikrincə, bu, "Tesla"nın nüfuzuna xələl gətirə bilər.

Bundan başqa, qeyd olunub ki, İ.Maskın "Twitter"də bəzən yazdığı fikirlər "Tesla"nın milyonlarla dollar itirməsinə səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.