Dünya

Tehranda partlayış baş verib, ölənlər və yaralananlar var - YENİLƏNİB

1 İyul 2020 08:07
Baxış: 1 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

01.07.2020

08:07

İranın paytaxtı Tehran şəhərinin şimalında xəstəxanalardan birində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Trend-in AFP"yə istinadən verdiyi məlumata görə, bunu paytaxtın Yanğınsöndürmə Xidmətinin nümayəndəsi Cəlal Maliki bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

-----------------

30.06.2020

23:46

İranın paytaxtı Tehran şəhərinin şimalında xəstəxanalardan birində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 13 nəfər həlak olub, 6 nəfər isə xəsarət alıb.

Bildirilir ki, partlayış zamanı xəstəxanada 25 nəfər olub. Ölənlərdən 10 nəfəri qadın, 3 nəfəri isə kişi olub.

----------

22:00

İranın paytaxtı Tehran şəhərini şimalında partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış tibb klinikasında baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Partlayış səbəbi araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.