01.07.2020
08:07
İranın paytaxtı Tehran şəhərinin şimalında xəstəxanalardan birində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
Trend-in AFP"yə istinadən verdiyi məlumata görə, bunu paytaxtın Yanğınsöndürmə Xidmətinin nümayəndəsi Cəlal Maliki bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
-----------------
30.06.2020
23:46
İranın paytaxtı Tehran şəhərinin şimalında xəstəxanalardan birində partlayış baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 13 nəfər həlak olub, 6 nəfər isə xəsarət alıb.
Bildirilir ki, partlayış zamanı xəstəxanada 25 nəfər olub. Ölənlərdən 10 nəfəri qadın, 3 nəfəri isə kişi olub.
----------
22:00
İranın paytaxtı Tehran şəhərini şimalında partlayış baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış tibb klinikasında baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Partlayış səbəbi araşdırılır.
Milli.Az