Dünya

Çində pandemiyaya səbəb ola biləcək yeni donuz qripi aşkarlanıb

30 İyun 2020 21:22
Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinli alimlər pandemiya potensialı olan yeni donuz qripi ştammı aşkar ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, alimlər 2011-ci ildən 2018-ci ilədək donuz qripi viruslarının müşahidələrini aparıb. Nəticədə 179 növ virus müəyyən edilib.

Onlardan ən azı biri 2009-cu ildə pandemiyaya səbəb olmuş H1N1 virusunun genlərini daşıyır.

Qeyd olunur ki, G4 EA H1N1 adı verilən virus ştammı 2016-cı ildən donuzlar arasında yayılır.

Eyni zamanda, seroloji araşdırma zamanı məlum olub ki, həmin fermalarda işləyən əməkdaşların 10 faizində bu virusa qarşı anticisimlər mövcuddur.

Mütəxəssislərin fikrincə, G4 EA H1N1 virusun insan orqanizmində adaptasiya imkanları böyükdür və bu, mümkün pandemik virusların yayılması baxımından təhlükəli ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.