Dünya

İspaniyada etiraz aksiyaları

8 İyun 2020 18:34
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın hər yerindən minlərlə insan polis tərəfindən ayrı-seçkilik və sui-istifadə hallarına qarşı hərəkata qoşulur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-da afroamerikalı Corc Floydun polisin əli ilə ölümündən sonra irqçilik əleyhinə nümayişlər Avropada və digər ölkələrdə də başlanıb.

Floydun "Nəfəs ala bilmirəm" qışqırığı İspaniyada da irqçilik əleyhinə nümayişlərə səbəb olub. "İspaniyadakı afroamerikalı və vaxtilə Afrikada yaşayanların birliyi" təşkilatı ölkənin bir neçə şəhərində nümayişlərin keçirilməsinə çağırıb.

Üç minə yaxın adam ABŞ-ın Madriddəki səfirliyinin qarşısında toplaşıb və "Ədalət olmadan sülh yoxdur", "Siz irqçisiniz, siz terrorçusunuz" kimi şüarlar səsləndiriblər.

Nümayiş sakitliklə başa çatıb. Onun iştirakçıları manifest oxuyaraq, İspaniya hökumətindən irqçiliyin təzahürlərinə qarşı mübarizəni gücləndirməyi tələb ediblər.

Barselonada 3 mindən çox etirazçı "Qara talelər əhəmiyyətlidir" devizi altında San-Jaume meydanına toplaşıblar.

Həmçinin 200-ə yaxın insan Salamankadakı Konstitusiya meydanında toplaşaraq, ksenofobiya əleyhinə bir neçə manifest səsləndirib və Corc Floydun xatirəsini anıblar. Aksiyalarda "İrqçilik cəmiyyətində irqçi olmamaq azdır, irqçiliyə qarşı çıxmalısan", "Əgər öz ölkənizdə irqçisinizsə, Birləşmiş Ştatlarda irqçiliyi tənqid etmək faydasızdır" kimi şüarlar səsləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.