Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sinqapurda koronavirusa qarşı gələcəkdə hazırlanacaq peyvəndin insanda uzunmüddətli immunitet yaradacağına şübhə ilə yanaşırlar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Sinqapurun Milli İnkişaf naziri Lourens Von deyib.
"Bir çox ölkələrdə, o cümlədən Sinqapurda fəaliyyət göstərən kompaniyalar peyvənd üzərində işləyirlər. Əlbəttə, biz bu sahədə sıçrayışa ümid edirik. Bununla yanaşı, ən optimist ssenariyə görə koronavirus əleyhinə vaksinin kütləvi istehsalı bir il və ya daha çox vaxt apara bilər. Bundan başqa, vaksinin insanda uzunmüddətli immunitet yarada bilməyəcəyi ehtimalı da mövcuddur", - deyə Lourens Von bildirib.
Nazirin sözlərinə görə, bu halda COVID-19 endemik xəstəliyə çevrilə bilər və buna görə də koronavirus infeksiyası ilə uzunmüddətli mübarizəyə hazırlaşmaq lazımdır.
Qeyd edək ki, mart ayında Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 11:30-a olan məlumatına əsasən, dünyada 6 milyon 455 mindən çox yoluxma və 382 min 531 ölüm faktı qeydə alınıb, 3 milyon 68 min 482 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Sinqapurda indiyədək 36 min 405 nəfər koronavirus infeksiyasına yoluxub, 24 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Hazırda müalicə alan 13 min 206 xəstədən altısının vəziyyəti ağır qiymətləndirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas





