Dünya

Norveç yenidən öz vətəndaşlarına qonşu ölkələrə getməyə icazə verəcək

30 May 2020 08:43
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveç yenidən öz vətəndaşlarına qonşu ölkələrə getməyə icazə verəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, norveçlilər növbəti bazar ertəsindən etibarən şimal ölkələrinə yenidən səfər edə biləcək və geri qayıtdıqdan sonra məcburi qaydada karantinə alınmayacaqlar.

Beləliklə, indi norveçlilər ölkədaxili yerdəyişmələr üçün nəzərdə tutulmuş qaydalara müvafiq olaraq Şimali Avropanın bütün ölkələrində işləyə və məzuniyyətlərini keçirə biləcəklər.

Hazırda Norveç hökuməti evdən işləmə təklifləri ilə bağlı məsələni də müzakirə edir. Bundan əlavə, Oslo və Bergen şəhərlərində gələn ay korporativ ofislərin açılması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.