Dünya

Ukrayna bizdən bunu istəmir - NATO

9 May 2024 06:41
Baxış: 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO Ukrayna ərazisinə qoşun yerləşdirməyi planlaşdırmır, lakin ona kifayət qədər hərbi yardımın göstərilməsi vacibdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq İtaliyaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Stoltenberq xatırladıb ki, ABŞ və Avropadan Ukraynaya silah tədarükünün gecikməsi səbəbindən Rusiya qüvvələri hücum əməliyyatlarında irəliləyişə nail ola bilib.

"NATO Ukraynaya qoşun yeritmək niyyətində deyil, mən keçən həftə Ukraynaya səfər edəndə ukraynalılar NATO əsgərləri deyil, daha çox hərbi dəstək istədilər", - deyə baş katib vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.