Dünya

Ukraynada koronavirus qurbanlarının sayı 500-ü ötüb

17 May 2020 16:42
0 Şərh     Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada son sutkada 433 nəfər koronavirusa yoluxub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 18 min 291 nəfərə çatıb. Koronavirusdan ölənlərin sayı 514 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 5116 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə mayın 22-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.