Dünya

Siqaret koronavirusdan qoruyur? - Tanınmış onkoloq SİRLƏRİ AÇDI - VİDEO

13 Aprel 2020 14:59
0 Şərh     Baxış: 2 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı onkoloq Vladimir Levşin "Sputnik"ə açıqlamasında koronavirusun siqaret çəkənlərə təsirindən danışıb.

Milli.Az xəbər verir ki, həkim qeyd edib ki, həddən artıq tütün məhsullarından istifadə COVID-19-dan daha betər xəstəliyə, xərçəngə səbəb ola bilər:

""Siqaret çəkənlərin çəkməyənlərə nisbətən koronavirusa yoluxma ehtimalı daha azdır" - bu mübahisəli açıqlama haradan gəlib və nə qədər həqiqətə uyğundur? Heç bir həkim siqaret çəkməyin və ya hər hansı digər pis vərdişin koronavirusdan qoruya biləcəyini söyləməz. Pandemiya çoxdan başlamadığına görə alimlər COVID-19 haqqında bütün məlumatları əldə etməyib. Ancaq bunsuz belə əminliklə söyləmək olar ki, siqaret çəkən şəxs virusa yoluxsa, onun sağlamlığı üçün nəticələr siqaret çəkməyənə nisbətən daha pis olacaq.

Siqaretin yeni tip virusdan qoruduğu barədə yanlış məlumatlar yayılıb. Tütün koronavirusdan qorumur, əksinə infeksiyanın gedişatını ağırlaşdırır. Beş-altı il siqaret çəkən hər kəs demək olar ki, xroniki bronxitlə üzləşir. Belə halda sətəlcəm riski bir neçə dəfə artır. Siqaretin koronavirus olmadan belə sağlamlığınıza zərər verdiyini unutmayın". /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.