Dünya

Koronavirusun ağciyərdən başqa digər vacib orqana da təsiri məlum oldu - Yeni fakt

4 Aprel 2020 11:24
6 Şərh     Baxış: 2 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ mütəxəssisləri bütün dünyada sürətlə yayılan və minlərlə insanın ölümünə səbəb olan koronavirusla bağlı yeni faktı aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, koronavirusun ağciyərlərdən başqa, insanın beyninə də zərər vurduğu məlum olub.

Alimlər bu məsələnin ciddiliyini ifadə edərək bildiriblər ki, ağciyərlərin fəaliyyəti pozulursa, xəstəni respiratora bağlayırıq, beyin üçün isə eyni çıxış yolu yoxdur.

Nevroloqlar bəzi koronaviruslu xəstələrin beynində ciddi pozuntuların yarandığını aşkarlayıblar.

Həmin xəstələrdə koronavirusdan sağaldıqdan sonra nitqin pozulması və reaksiyanın zəifləməsinin müşahidə edildiyi vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.