Dünya

Avropa Çinin köməyindən asılıdır - Marin Le Pen

4 Aprel 2020 11:29
1 Şərh     Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Milli Birlik" hərəkatının (keçmiş "Milli Cəbhə" Partiyası) lideri Marin Le Pen Avropa İttifaqının koronavirus infeksiyası ilə mübarizədə Çinin köməyindən asılı olduğunu açıqlayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, o, bu barədə mətbuata açıqlamasında bildirib.

"Avropada heç bir şey yoxdur. Hazırda Avropa böyük subyektlərdən tamamilə asılıdır... Çindən tamamilə asılıdır... Bu böhan Avropa İttifaqının dəhşətli dərəcədə zəifliyini göstərdi", - deyə Le Pen bildirib.

Bundan əvvəl Çin koronavirus infeksiyası COVID-19-la mübarizə üçün Pakistana humanitar yardım olaraq 5,4 ton tibbi ləvazimat göndərmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.