Dünya

Maskaların bu hissəsində virus daha çox yaşayır

4 Aprel 2020 09:04
0 Şərh     Baxış: 2 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus təhlükəsindən qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edilir. Bunlardan biri də "nano texnoloji maska" adı ilə istehsal edilən qara maskalardır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, belə maskaların yuyulma və ya mikrodalğalı sobada sterilizə oluna bilinməsi haqda müxtəlif fərziyyələr dolaşır. Ancaq bu fərziyyələrin heç biri öz elmi təsdiqini tapmayıb.

Türkiyənin İstanbul Ticarət Palatasının rəhbər köməkçisi Veysi Cengiz Balçık maskalar və plastmas qoruyucularla bağlı "Haberler"ə açıqlamalar verib.

Onun sözlərinə görə, "nano texnoloji" maskalarla bağlı hazırda heç bir elmi sübut yoxdur və onların yuyularaq və ya qızdırılaraq virusdan təmizlənməsi ilə bağlı deyilənlər yanlışdır. Maskalardakı vacib nüans filtrasiya prosesinin olmasıdır.

"N95 maskaları TS EN 149 standartı ilə, cərrahi maskalar isə TS EN 13683 standartları ilə istehsal edilir. Tikiş maşını ilə tikilən maskalarda qalan iynə dəliklərində viruslar yaşaya bilər. Tikiş yerlərində ultrasəs bağlama üsulundan istifadə olunmalıdır. Maskalardan fərqli olaraq isə, plastmas qoruyucuları sterilizə edərək bir neçə dəfə istifadə etmək mümkündür", - Balçık bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.