Dünya

Əcaib koronavirus qadağası: Bu ölkədə kişilər və qadınlar fərqli günlərdə küçəyə çıxacaq

3 Aprel 2020 10:24
3 Şərh     Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Amerika ölkəsi olan Peruda qəribə koronavirus qadağası tətbiq edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə qadınlar və kişilər fərqli günlərdə evdən çıxa biləcəklər.

Perunun dövlət başçısı Martin Vizkarra açıqlama verərək, kişilərin bazar ertəsi, çərşənbə, cümə günləri, qadınların isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri çölə çıxa biləcəklərini deyib.

Qaydanın aprelin 12-dək davam edəcəyi bildirilib.

İnsanlar yalnız bank, aptek və marketə gedə biləcəklər.

Bu qaydalar dövlət işində və xüsusi ehtiyac tələb olunan sahələrdə işləyənlərə aid edilmir.

Qeyd edək ki, Peruda koronavirus səbəbindən 55 nəfər ölüb, 1414 nəfər isə virusa yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.