Dünya

Erməni professor Rusiyada koronavirusdan öldü

28 Mart 2020 17:52
1 Şərh     Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın çoxprofilli tibb mərkəzi olan "Novomoskovskiy"də COVİD-19 səbəbindən ölüm faktı qeydə alınıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, martın 27-də burada professor-epidemioloq Arpik Asratyan ölüb. 

Seçenov Universitetinin əməkdaşı olmuş 68 yaşlı Asratyan 23 martda evindən xəstəxanaya aparılıbmış. Əvvəlcə onda yüksək temperatur və çətinliklə nəfəs alma müşahidə edilib.

Xəstəxanada ona koronavirus diaqnozu qoyulub. Növbəti xəstəxanaya yerləşdirildikdən bir neçə saat sonra isə ölüm hadisəsi baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.