İraqın paytaxtı Bağdadın "yaşı zonasına", ABŞ səfirliyi yaxınlığına iki raket düşüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat verir.
İnsident nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.
Qeyd edək ki, Bağdadın "yaşıl zonası" hökumət binalarının və xarici diplomatik nümayəndəliklərin binalarının yerləşdiyi rayondur.
Milli.Az