Bağdadda ABŞ səfirirliyinin yaxınlığında iki raket düşüb

26 Mart 2020 08:43

İraqın paytaxtı Bağdadın "yaşı zonasına", ABŞ səfirliyi yaxınlığına iki raket düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat verir.

İnsident nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, Bağdadın "yaşıl zonası" hökumət binalarının və xarici diplomatik nümayəndəliklərin binalarının yerləşdiyi rayondur.

Milli.Az