Dünya

Alimlərdən şok açıqlama: “Koronavirus karantini dövründə hamilə qalmaq təhlükəlidir”

25 Mart 2020 20:09
Baxış: 3 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər gözlənilməz nəticəyə gəliblər. Onlar cütlüklərdlən nəsil artırma planlarını COVID-19 pandemiyası bitənə qədər təxirə salmağı tövsiyə ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şok açıqlama ilə Merilend Universitetinin alimləri çıxış edib.

Amerikalı elm adamları bildiriblər ki, karantin dövründə hamilə qalmaq təhlükəlidir.

Bildirilir ki, kişilər cinsi münasibət zamanı öz vəziyyətləri barədə dölə informasiya ötürmə kimi unikal qabiliyyətə sahibdirlər. Naməlum virusa yoluxma məsələsi güclü stress yaradır. Bu isə anadan olacaq körpənin beyninin inkişafında dəyişikliklərə səbəb ola bilər.

Alimlər yeni nəzəriyyənin siçanlar üzərində təcrübə zamanı öz təsdiqini tapdığını vurğulayıblar.

"Biz pandemiyadan sonra doğulacaq uşaqlarda psixoloji pozğunluqların artacağından qorxuruq", - deyə amerikalı tədqiqatçılar bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.