Dünya

Uşaqlarda koronavirusun əlamətləri bunlardır - Həkim açıqladı

22 Mart 2020 19:25
3 Şərh     Baxış: 6 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış həkim-pediatr Yevgeni Komarovski azyaşlılarda koronavirusun əlamətlərinin və simptomlarının necə təsbit olunacağını açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Komarovski "İnstaqram" hesabında paylaşdığı məlumatda uşaq orqanizminin virusla daha asan mübarizə apardığını vurğulayıb.

O bildirib ki, uşaqlarda koronavirusun başlıca əlamətləri ishal və qusmadır: "Nəfəs alma tezliyinin pozulması, arxa nahiyədə qaşınma və digər şübhəli məqamlarda mütləq həkimə müraciət edilməlidir. Koronavirusla mübarizə yolları kimi selikli qişanı qorumaq, bol su içmək, ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmamaq məsləhətdir".

Uşaqların nadir hallarda koronavirusdan öldüyünü qeyd edən Komarovski əlavə edib ki, virus fonunda kəskin patoloji xəstəliklər olarsa, bu hal mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.