Dünya

Koronavirusun ən təhlükəli əlaməti açıqlandı

21 Mart 2020 11:31
0 Şərh     Baxış: 4 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyasının ağır forması qızdırma, öskürək və tənəffüs çatışmazlığı ilə xarakterizə olunur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı həkim, Moskvada 40 nömrəli kliniki xəstəxananın baş həkimi Denis Protsenko məlumat verib.

O bildirib ki, ən təhlükəli əlamət tənəffüs çatışmazlığıdır və arterial qanda oksigenin miqdarının azalması səbəbindən ortaya çıxır.

"Ağciyər toxumaları virusa görə çox geniş həcmdə zədələnir və beləliklə də, əsas funksiyasını - oksigenin xaricdən qana ötürülməsini dayandırır", - deyə o bildirib.

Protsenko qeyd edib ki, əksər xəstələrdə koronavirus "parasetamol"un qəbulu ilə öz-özünə keçir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.