ABŞ-dakı azərbaycanlılardan həyəcanlı koronavirus açıqlamaları... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ prezidenti Donald Tramp koronavirusla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Tramp qeyd edib ki, virusla mübarizəyə qarşı 50 milyard ABŞ dolları ayırmağa imkan verəcək.
Ağ Ev sahibi özü də koronavirus testini edib, lakin onun hərarəti tamamilə normaldır. ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş eksperti, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauçi ölkədə 2.226 yoluxma halının qeydə alındığını və epidemiyanın hələ pik həddə çatmadığını bildirib. Bununla belə 50 nəfər həyatını itirib.
Bizi isə daha çox narahat edən Amerikadakı azərbaycanlıların vəziyyəti, özlərini, ailələrini COVİD 19 təhlükəsindən necə qorumalarıdır.
Milli.Az bildirir ki, musavat.com-a danışan ABŞ-da yaşayan jurnalist Zaur Bayramlı bildirdi ki, vəziyyət ciddidir.
Onun sözlərinə görə, məktəblər aprelin 10-na qədər bağlanıb: "Avropa başda olmaqla, bir çox ölkələrdən Amerikaya təyyarə reysləri indilik 1 aylığına dayandırıldı. Prezident Tramp koronavirusla mübarizə üçün 50 milyard dollar əlavə vəsait ayırdı.

İnsanlar ərzaq depolamaq üçün böyük marketlərə axışırlar. Mümkündür ki, yaxında xüsusi durumlar istisna olmaqla, müəyyən müddətə küçəyə çıxmaq yasağı da gətirilsin".
Z.Bayramlı qeyd etdi ki, indilik qida məhsullarında qıtlıq yaranmasa da, xeyli vaxtdır ölkədə maska, tibbi əlcək, dezinfeksiya məhsulları tapmaq mümkün deyil.
ABŞ-da yaşayan fəal Babək Əbdurrəhmanlı isə artıq Pensilvaniya ştatının bütün məktəblərinin bağlandığını söylədi: "Martın 30-na kimi qərar qüvvədədir. Daha öncə isə bütün universitetlər və kolleclər bağlanıb, online təhsil verilir.

Tramp fövqəladə vəziyyət elan etdikdən sonra insanlar marketlərə axın etməyə başladı. Marketlərdə su, salfetka, əl sanitayzeri, sabun və sair təmizlik ləvazimatları yoxdur.
Amerikanın Valmart, Veqman kimi market şəbəkələrinin vitrinlərini daşıyıblar, tam boşaldıblar. Gözlənilir ki, bazar ertəsindən 50-dən çox işçisi olan iş yerləri bağlansın".
Həmvətənimiz bildirdi ki, restoranlar, kafelər işləyir, müştərilər doludur: "Biz azərbaycanlılar Novruz bayramı üçün yerlər danışmışdıq. Ancaq imtina etdik, yalnız öz icmamızla birlikdə qeyd edəcəyik.
Bütün kütləvi yerlərdə ciddi dezinfeksiya edilir. Adicə marketə gedərkən arabanı dezinfeksiya edib verirlər. Hazırda yaşadığımız Kumberland Kountidə 3 nəfərdə koronavirus aşkarlanıb".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz





