Dünya

Türkiyədə ikinci koronavirusa yoluxma faktı aşkarlandı

13 Mart 2020 11:24
1 Şərh     Baxış: 1 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə koronavirus testindən keçən daha bir pasientdə nəticə pozitiv çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz tvitter hesabında açıqlama yayıb.

"Dünən axşam saatlarında aparılan test üzücü bir proqnozu təsdiqlədi. Daha bir xəstəmiz var. Diaqnoz qoyulan kimi pasientimiz karantinə alınıb. Virusun yayılmasını məhdudlaşdırmaq üçün bütün lazımi tədbirlər görülür. Problemin öhdəsindən birlikdə gələcəyik",- deyə nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.